24 mart 2016 11:00

Herman Tilke: Bakı Şəhər Halqasına bənzər ikinci trek yoxdur

Azerisport.az sizi Bakı Şəhər Halqasanın arxitektoru Herman Tilkedən alınmış müsahibə ilə tanış edir.

- Bakı Şəhər Halqasına hazırlıq mərhələsində ən böyük çətinliyiniz nədir?
- Ən böyük çətinlik Bakıda keçiriləcək Formula 1 yarışı üçün uyğun olan şəhər trekini marşrutunun seçilməsi ideyasi ilə bağlı idi. Şəhər halqasının tikilməsi hər zaman təşkilatçıdan daha çox məsuliyyət tələb edir, çünki təşkilatçı yarış trekini şəhərin içərisində salmalı olur.Şəhərdə müxtəlif problemlər ortaya çıxır. Lakin Bakı Şəhər Komandası ilə birlikdə biz bu çətinlikləri uğurla aradan qaldıra bildik.

- Bakı Şəhər Halqasına ən çox bənzəyən digər trek hansıdır?
- Bakı Şəhər Halqasına bənzər ikinci trek yoxdur. Lakin əminliklə deyə bilərəm ki, Bakı Şəhər Halqası  ən həyəcanverici treklərdən biri olacaq. Əlbəttə ki, Bakı daimi treklərlə müqayisə edilə bilməz, çünki bu – şəhər trekidir. Amma hətta şəhər treklərinin içərisində Bakı treki özünəməxsusluğu ilə seçilir.

- Bakı Şəhər Halqasının ən sürətli trek olacağı gözlənilir. Bir dövrəni hansı müddətə başa vurmaq mümkün olacaq?
- Biz, bir dövrənin təxminən 101 saniyə olacağını düşünürük, lakin bu yarış avtomobillərinin fərdi ayarlarından və builki yeni avtomobillərin xüsusiyyətlərindən asılı olaraq dəyişəcək.

- Trekin ən həyəcanlı döngəsi sayılan 8-cı döngədə təxmin edilən sürət nə qədər olacaq?
- 8-ci döngənin qarşısında əyləc nöqtəsi V maks= 204km/s olacaq. 8-ci və 9-cu döngələr arasına sürətin V min of 86 km/s olacağı gözlənilir.

- Bakı Şəhər Halqasını hazırlamaq təklifi alanda ağlınızdan keçən ilk fikir nə oldu?
- Bakıda şəhər treki salmaq fürsəti haqqında ilk dəfə eşitdikdə şəhər haqqında təsəvvürüm yox idi. Bakıya ilk səfərimdən sonra ağlımdan yalnız bir fikir keçirdi – möhtəşəm şəhərdir!Elə ilk günlərdən bu komanda ilə birlikdə işləməkdən qürur duydum.

- Bakı Şəhər Halqasının özəlliyi nədən ibarətdir?
- Bakı Şəhər Halqasını fərqləndirən bir neçə cəhət var. Bakı dünyanın ən sürətli şəhər treki olacaq! Bununla yanaşı, trekin Bakının tarixi mərkəzindən keçən hissəsi qeyri-adi və yaddaqalan əhval-ruhiyyə yaradacaq. 

- Siz Bakı Şəhər Halqasının komandası ilə tez-tez görüşə bilirsinizmi? Hazırlıq işləri nə yerdədir?
- Biz Bakı Şəhər Halqasının komandası ilə mütəmadi olaraq əməkdaşlıq edirik. Bu cür peşəkarlar komandası ilə işləmək çox xoşdur. Heyətimizin bütün üzvləri arasında çox xoş əhval-ruhiyyə hökm sürür. Demək olar ki, hamı son dəqiqəyə kimi işləyəcək ki, işlər nəzərdə tutulan vaxtda yekunlaşsın. 

- İyun ayında Bakıya gələcək Formula 1 azarkeşlərini nə gözləyir?
- Tədbir günləri Bakıya gələcək fanatları həm trekdə, həm də trek boyunca şəhərdə maraqlı əhval-ruhiyyə gözləyit. Mən də yarışları səbirsizliklə gözləyirəm.

Təşəkkürlər, Bakı! Həmçinin bu trek və yarış tədbirlərilə bağlı digər hazıqlıq işlərini həyata keçirən işçi heyətinə öz minnətdarlığımı bildirirəm.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib