18 mart 2016 16:20

Bakı Avropa Qran Prisinə 3 ay qaldı

Bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlamasına 3 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətini Novruz Bayramı münasibəti ilə təbrik edir və böyük məmnuniyyətlə hamını bayram müddətində dənizkənarı bulvarda salınacaq Formula 1 əyləncə zonasını ziyarət etməklə yanaşı axşamları burada təşkil olunacaq konsert proqramlarında iştirak etməyə dəvət edir. Azerisport.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 mövsümünün səkkizinci yarışı olan Avropa Qran Prisinə 3 ayın qalmasını martın 19-da dənizkənarı bulvarda təntənəli surətdə qeyd edəcək. Novruz Bayramı ilə üst-üstə düşən bir vaxtda Formula 1 yarışının Bakıya gəlişini bayram əhval-ruhiyyəsində qarşılayan əməliyyat şirkəti keçirəcəyi silsilə tədbirlərlə ölkə ictimaiyyəti arasında Avropa Qran Prisinə qarşı maraq oyatmağa və yarış haqqında məlumatlılığı artırmağa çalışır.

Əməliyyat şirkəti bu məqsədlə Dənizkənarı Milli Parkın Muzey Mərkəzi ilə üzbəüz olan ərazisində əyləncə zonası quracaq və martın 19-da bu zonanın rəsmi açılışını edəcək. Martın 20-dən etibarən ictimaiyyətin ziyarətinə açıq olacaq bu zonada simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına və könüllülər və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək. Əyləncə zonası Avropa Qran Prisinə qədər hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

Bununla birlikdə, Novruz Bayramı ərəfəsində keçiriləcək konsert proqramları üçün əyləncə zonasının yanında səhnə qurulacaq. Burada 20-23 mart tarixlərində hər gün saat 16:00-dan 22:00-dək tanınmış yerli müğənnilərin iştirakı ilə konsert tədbirləri keçiriləcək. Eyni zamanda martın 21-də, saat 20:00-dan 22:30-dək Muzey Mərkəzinin divarları üzərində lazer şüaları vasitəsi ilə Formula 1 haqqında animasiya şousu baş tutacaq.

ŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bayramla əlaqədar yüksək səviyyədə hazırlıqların görüldüyünü bildirərək hamını dənizkənarı bulvarda təşkil olunacaq tədbirlərdə yaxından iştirak etməyə çağırdı: “Artıq yeni mərhələyə qədəm qoymuşuq. Novruz Bayramı ərəfəsində biz dənizkənarı bulvarda yarışla əlaqədar əyləncə zonasını fəaliyyətə veririk. Burada Siz həm əylənə, həm də Formula 1 ilə bağlı maraqlı məlumatlar əldə edə bilərsiniz. Eyni zamanda rəsmi saytımızı da yeniləyirik. Bayram ərəfəsində istifadəyə verəcəyimiz yeni saytda Siz Avropa Qran Prisi ilə yanaşı ümumilikdə Formula 1 haqqında daha ətraflı və dolğun məlumatlar əldə edə biləcəksiniz. Hamınızı həm əyləncə zonasında iştirak etməyə, həm də yeni saytımızla tanış olmağa dəvət edirəm”.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni istifadəyə veriləcək saytında yarışı izləmək üçün Bakıya gələcək xarici və yerli tamaşaçıların istəkləri xüsusi olaraq nəzərə alınıb. Belə ki, yeni saytda olacaq bölmələrdən biri Azərbaycana və xüsusən də Bakı şəhərinə həsr olunub. Bu bölmədə ölkənin tarixi, mədəniyyəti, mətbəxi, iqlimi və digər zəruri məlumatlar öz əksini tapacaq.

Eyni zamanda saytın yeni versiyasında Bakı Şəhər Halqası ilə detallı şəkildə tanışlıq mümkün olacaq. Bu bölmədə interaktiv xəritə vasitəsi ilə trekin konfiqurasiyası və onun ətrafında yerləşən tribunalar haqqında ətraflı məlumatlara yer verilib. Həmçinin, saytin ziyarətçiləri oyun formasında proqramlaşdırılan interaktiv trek bələdçisinə daxil olaraq bolidi trek boyunca hərəkət etdirərək Formula 1 yarışlarındakı sürət və həyəcanı hiss edə biləcəklər. Eyni zamanda bu bələdçi ziyarətçilərə trekin hər bir hissəsini üçölçülü formatda izləmək imkanı da verəcək. 

Yeni saytda olacaq bölmələrdən biri də dənizkənarı bulvarda salınacaq Formula 1 şəhərciyi və orada keçiriləcək tədbirlər haqqındadır. Bu bölmədə yarış həftəsonu ərzində bu şəhərcikdə baş tutacaq əyləncə tədbirləri, avtoqraf sessiyası və konsert proqramları barəsində geniş məlumatlar öz əksini tapacaq.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib