13 mart 2016 00:20

Avropa Qran Prisinə media akkreditasiyası ilə əlaqədar növbəti seminar baş tutdu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Avropa Qran Prisinə media akkreditasiyası haqqında sonuncu məlumatlandırma seminarını keçirib. Azerisport.az xəbər verir ki, görüş zamanı BŞH-nın Media Əməliyyatları üzrə meneceri Ayan Ağayeva jurnalistlərə akkreditasiya prosesi ilə birlikdə qeydiyyat üçün tələb olunan keyfiyyətlər barəsində ətraflı məlumat verib və media akkreditasiyasına dair jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra çıxış edən Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev Formula 1 jurnalistikasının incəliklərindən danışdı və bu ilki çempionatla bağlı son yenilikləri tədbir iştirakçılarına çatdırıb.

Seminar BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarainin çıxışı ilə davam edib. Əməliyyat şirkətinin sözcüsü Avropa Qran Prisinə hazırlıqla əlaqədar görülən işlərdən söz açıb və qeyd edib ki, son bir ay ərzində Bakıda keçiriləcək Formula 1 yarışına beynəlxalq maraq olduqca artıb: “Yarışa üç ayın qaldığı bir zamanda biz rəsmi elçimiz Fernando Alonsonu Bakıda qonaq etdik. Bununla yanaşı İngiltərə, Rusiya və Türkiyədən onlarla tanınmış jurnalist eyni ərəfədə ölkəmizə səfər etdi. Həm Alonso, həm də jurnalistlər Bakı Şəhər Halqası ilə yaxından tanış oldular və görülən işlər haqqında öz xoş təəssüratlarını ifadə etdilər”.

Xatırladaq ki, akkreditasiya prosesi martın 31-i, saat 17:00-da başa çatacaq.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib