8 mart 2016 15:20

Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış oldu

Formula 1 üzrə ikiqat dünya çempionu titulunu qazanan və hal-hazırda "McLaren Honda" komandasının heyətində yarışan Fernando Alonso, 2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi kimi bu gün Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o, Bakıya səfəri çərçəvəsində Formula 1-in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

Fernando Alonso, Formula 1 yarış təqviminə ən son əlavə olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər edən ilk Formula 1 pilotudur. Avropa Qran Prisi yarışına 100 günün qaldığı bir ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək trekin inşası ilə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri ilə və eyni zamanda bu yay baş tutacaq Formula 1 yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) apardığı gündəlik işlərin gedişatı ilə əyani şəkildə tanış olub.

Trekdə gəzinti zamanı Alonsoya tezliklə Bakının əzəmətli Hökumət Evinin qarşısında Paddok və Pit Yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə görülən hazırlıqlar, o cümlədən, ikimərtəbəli Pit binasının tikintisi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib. "McLaren Honda" komandasının pilotu və həmçinin 2016 Formula 1 Avropa Qran Prisinin “vizit kartı” hesab olunan Fernando Alonso İçəri Şəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə tanış olub. İspaniyalı pilot daha sonra Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız qalasının ətrafından keçən və iki istiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. O, ən sonda şəhər halqasının Bakının gözəl mənzərəli dənizkənarı bulvarı boyu uzanan və finiş xəttinə doğru avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttinə də baxış keçirib.

Keçirilən mətbuat konfransı zamanı Fernando Alonso Bakı şəhəri və Formula 1-in ən yeni şəhər treki ilə bağlı ilkin təəssüratlarını media nümayəndələri ilə bölüşüb: “Bu möhtəşəm şəhərə səfər edən ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Buraya gəldiyim andan hər bir kəs tərəfindən çox mehriban qarşılanmışam. Bu gün gördüklərim məndə çox gözəl təəssürat yaratdı. Əminliklə deyə bilərəm ki, Bakı Şəhər Halqası Formula 1-in yarış təqviminin ən yaddaqalan treki olacaq. Eyni zamanda bu gözəl şəhər haqqında onu qeyd etmək istəyirəm ki, o, keçmişlə müasirliyin vəhdətini gözəl şəkildə təcəssüm etdirməyi bacarıb. Həqiqətən də, qədim İçəri Şəhərin divarları boyu uzanan və möhtəşəm Alov Qüllələrinin fonunda salınan trek bu vəhdəti aşkar şəkildə nümayiş etdirir. Texniki cəhətə gəldikdə, ensiz və dolanbac döngələrdən ibarət olan belə bir çətin trekdə öz bacarığımı sınamaq məni çox həyəcanlandırır. Bu yarışda iştirak etməyi səbirsiziklə gözləyirəm”.

Treklə tanışlıqdan əlavə, Alonso, Bakıya səfərinin qalan müddətində şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlər zamanı yerli azarkeşləri ilə, Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə görüşəcək.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib