8 mart 2016 12:20

Bakı Şəhər Halqası yerli jurnalistlərə növbəti seminarını keçirəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 11-də, saat 15:30-da Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Avropa Qran Prisi yarışına medianın akkreditasiyası ilə əlaqədar sonuncu məlumatlandırma seminarını keçirəcək. Azerisport.az xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd martın 1-dən etibarən davam edən akkreditasiya prosesi ilə əlaqədar jurnalistlərin suallarını cavablandırmaq və onlara bu proses haqqında lazımi texniki və informasiya dəstəyi verməkdir.

Məlumat üçün bildirək ki, saat 17:00-dək davam edəcək görüş seminar xarakterli olduğundan tədbir zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəsmilərinin KİV nümayəndələrinə ümumi və ya xüsusi qaydada heç bir müsahibənin verilməsi nəzərdə tutulmur.

Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən xahiş olunur ki, martın 9-u saat 17:00-dək bu barədə yazıb məlumat versinlər. Tədbirə yazılmaq və həmçinin bu haqda ətraflı məlumat əldə etmək üçün (077) 3300990 telefon nömrəsi və [email protected] poçt ünvanı vasitəsilə əlaqə saxlayın.

Qeyd edək ki, Əməliyyat şirkəti Media Əməliyyatları üzrə növbəti seminarını akkreditasiyadan uğurla keçmiş KİV nümayəndələri üçün may ayında keçirməyi planlaşdırır. Həmin seminarda iştirakçılara Formula 1 yarışının reqlamentlərindən danışılacaq.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib