1 mart 2016 00:20

Avropa qran prisinin rəhbər marşallarına təlim keçirildi

27-28 fevral tarixlərində yenicə açılmış Marşallar Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlim keçirilib. Azerisport.az xəbər verir ki, iki gün davam edən təlimdə Formula 1 Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80-ə yaxın rəhbər marşal iştirak edib.

Bu marşallar heyətində Formula 1 azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri təmsil olunurdular.

Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, sürətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri mövzularda nəzəri və praktiki məlumatlar verildi.

Formula 1 üzrə keçirilən Qran Pri yarışlarının təşkilatıçılığında sahib olduğu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıya səfər edən bəhreynli mütəxəssislərin fikrincə, rəhbər marşalların təlim prosesi səmərəli keçib.

Təlimdə iştirak edən Bəhreyn Beynəlxalq Halqasının icraçı direktoru Salman Əlxəlifə qeyd etdi ki, Azərbaycan Formula 1 yarışına yüksək səviyyədə hazırlaşır və bu yarışı uğurlu şəkildə həyata keçirmək üçün lazımi resurslara tam malikdir: “Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqası şəhər treki olduğundan burada keçiriləcək Formula 1 yarışı daha çox məsuliyyət tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işin öhdəsindən gələcək peşəkar kadrlara sahibdir və ölkənin malik olduğu bu resurslar yarışın uğurlu şəkildə baş tutmasına tamamilə kifayət edəcək.”

Təlim prosesində təşkilatçı qismində iştirak edən BŞH-nın Əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev bildirdi ki, Bakıda ilk dəfə keçiriləcək Avropa Qran Prisinin Marşal Proqramına maraq böyük olduğundan klub qurmaq qərarına gəliblər: “Qısa müddət ərzində minlərlə şəxs bizə marşal olmaq üçün müraciət edib. Çoxsaylı müraciətləri nəzərə alaraq biz, əməliyyat şirkəti olaraq, Marşal Klubunu təsis etdik. Biz bu klub əsasında marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edəcəyik və eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq quracağıq.”

Formula 1 yarış həftəsonunun uğurla başa çatdıran hər bir marşal FİA-nın təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikatla mükafatlandırılacaq. Bu sertifikat Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən veriləcək.

Qeyd edək ki, hazırda Avropa Qran Prisinin Marşal Proqramına qeydiyat davam edir. Proqrama qoşulmaq istəyənlər Bakı Şəhər Halqasının rəsmi vebsaytı https://www.bakucitycircuit.com/az/marsallar - vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.  Maraqlananlar bu saytla yanaşı, Marşal proqramının rəsmi feysbuk səhifəsindən də (https://www.facebook.com/BakuMarshals) proqramla bağlı geniş məlumat əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Marşal proqramına müraciət edənlərin seçimi ilə əlaqədar müsahibə və təlim sessiyaları Atletlər Kəndində yenicə istifadəyə verilmiş Marşallar Mərkəzində keçiriləcək. Eyni zamanda bu mərkəz marşallıq fəaliyyəti ilə əlaqədar müxtəlif tədbirlərə evsahibliyi etməklə yanaşı yarış zamanı marşalların toplanış yeri olacaq.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib