24 fevral 2016 18:30

F1 sıralanma qaydasını dəyişə bilər

Cenevrədə baş tutan Strateji İşçi Qrupunun növbəti iclasında komandaların nümayəndələri yekdilliklə yeni mövsüm üçün təsnifat sessiyasının formatının dəyişdirilməsi təklifini dəstəkləyiblər. Azerisport.az xəbər verir ki, bu təklif Formula 1 Komissiyası tərəfindən də qəbul olunub, mart ayının 4-də Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasında təsdiq olunması gözlənilir.

Təsnifat sessiyasının detalları hələ tam təsdiqlənməsə də, ümumi prinsip artıq müəyyən olunub. Təsnifat sessiyasının müddəti əvvəlki kimi  – 60 dəqiqə olacaq və 3 mərhələdən ibarət olacaq. Lakin pilotlar daim trekdə olacaqlar və zaman kəsiyində ən pis nəticə göstərən pilot treki tərk edəcək.

İlk mərhələ 16 dəqiqə davam edəcək və 7-ci dəqiqədən başlayaraq ən yavaş pilot yarışda çıxışını dayandıracaq. Bundan sonra hər 90 saniyədən bir, pilotlardan biri mübarizəni tərk edəcək və bu sessiya 15 pilot qalanadək davam edəcək.

İkinci mərhələnin müddəti 15 dəqiqə olacaq. Qaydalar eynidir – 6-cı dəqiqədən başlayaraq 90 saniyəlik intervalla 7 ən yavaş pilot sessiyada mübarizəni dayandıracaq. İkinci mərhələ 8 pilot qalanadək davam edəcək.

Son üçüncü mərhələnin müddəti 14 dəqiqə sürəcək, ən yavaş pilotlar 5-ci dəqiqədən başlayaraq mübarizəni dayandırmağa başlayacaqlar, trekdə yalnız iki pilot qaldıqda son 90 saniyə ərzində onlar poul uğrunda yarışacaqlar.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib