26 iyul 2016 18:00

Oman Velosiped Federasiyasının prezidenti AzVİF-in qonağı olub

Ölkəmizə səfər edən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi Azərbaycan Velosiped İdmanı Federasiyasında olub. Azerisport.az xəbər verir ki, qonağı federasiyanın inzibati binasının yerləşdiyi Respublika Velotreki və Azərbaycan velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ona ölkəmizdə bu idman növünün inkişaf yolu haqda ətraflı məlumat verib.

S. Ələkbərov bildirib ki, idmanın bütün növlərinə olduğu kimi, velosiped idmanına da göstərilən dövlət qayğısı nəticəsində idmançılarımızın son illər ərzində ustalıq səviyyəsi xeyli artıb və əldə edilən nəticələr yüksələn xətt üzrə inkişaf edir.

Federasiya rəsmisi sözlərinə sübut kimi, müstəqillik illərində ilk dəfə olaraq velosipedçilərimizin Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmasını, "Synergy Baku" kontinental komandamzın planetin müxtəlif ölkələrində uğurlu nəticələr qazanmasını, lazımi infrastrukturun yaradılmasını göstərib. Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etdiyini deyən Sahib Ələkbərov 2018-ci ildə paytaxtımızda BMX idman növü üzrə dünya çempionatının keçirilməsinin planlaşdırıldığını da bildirib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Oman Velosiped Federasiyasının prezidenti Saif Subba Əl Rəşidi səmimi qəbula görə təşəkkürünü bildirib. O, hər 2 ölkənin velosiped federasiyaları arasında əməkdaşlıqda maraqlı olduğunu söyləyib və bir çox məsələlərdə, xüsusən yarışların təşkilində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətində olduğunu deyib.

Görüşün sonunda qonağa Azərbaycan Velosiped İdmanı Federasiyası adından xatirə hədiyyələri təqdim edilib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.