20 noyabr 2016 13:00

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva və Sevinc Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri də iştirak edib.

Təqdimat mərasimi başlamazdan əvvəl qonaqlar Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən muzeylə və ordakı tarixi eksponatlarla tanış olublar. Ardınca "Ladies on Bikes" klubunun üzvləri növbə ilə tədbir iştirakçılarına təqdim edilib. Qeyd edək ki, klubun ən müxtəlif peşələrdə çalışan ümumilikdə 20-yə yaxın üzvü var və onların sayı günü-gündən artmaqdadır. Xanım velosipedçiləri birləşdirən klubun fəxri üzvü isə Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndəsi, 2 qat dünya çempionu Tamara Polyakovadır.

Klub üzvlərinin təqdimatından sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda qadınlardan ibarət bu cür klubların yaradılmasının vacibliyindən danışdı və bu yöndə Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri təqdirəlayiq hesab etdiyini dedi. Qənirə Paşayeva ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipedə özünün də böyük maraq göstərdiyini deyərək, böyük məmnuniyyətlə "Ladies on Bikes" klubunun üzvləri ilə birgə velosiped sürəcəyini sözlərinə əlavə etdi.

Milli Məclisin digər deputatı Sevinc Hüseynova, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qadınların idmana bu cür maraq göstərməsinin xoş bir hal olduğunu dedilər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev xanımların velosiped idmanına cəlb olunmasında göstərdiyi fəallığa görə "Ladies on Bikes" klubunun rəhbəri Nur Axundlunu federasiyanın fəxri diplomu ilə təltif etdi. Tədbir 20 saylı müsiqi məktəbinin şagirdlərinin çıxışları ilə başa çatdı.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.
Velosiped İdmanı 03 oktyabr

Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi başa çatdı

Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatıb.