15 dekabr 2016 12:00

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası 2016-cı ildə keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.
 
Maraqlıdır ki, bu reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çin Xalq Respublikasının 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib. Yəni, ölkələr üzrə götürəndə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.
 
2016-cı ildə "Synergy Baku" iştirak etdiyi 4 qitə yarışında  - "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
 
Bir məqamı da vurğulamaq lazımdır ki, 176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" hətta səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub.
 
Velosipedçilərimizin il ərzində əldə etdikləri nəticələr təkcə bununla yekunlaşmayıb. Qadın velosipedçimiz Yelena Pavluxina Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə 9-cu yeri tutub.
 
Trek velosipedçimiz Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın  keyrin növündə 9-ci yeri tutması da ilin yadda qalan hadisələri sırasındadır.
 
2016-cı ilin önəmli hadisələrindən biri də ölkəmizin tarixində ilk dəfə olaraq velosipedçilərimizin Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanması olub.
 
Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində özünəməxsus yer tutmuş "Tour d’Azerbaïdjan" veloyürüşü də başa şatmaqda olan ilin əsas idman yarışlarından biri kimi tarixin yaddaşına həkk olunub. 18 ölkədən 6-sı peşəkar kontinental olmaqla 21 komandanın mübarizə apardığı veloturda velospiedçilər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edib. "Synergy Baku" isə 5 mərhələdən 2-sində qalib olub, eləcə də ötən il olduğu kimi, bu dəfə də komanda hesabında 1-ci yeri tutmaqla azarkeşlərə sevinc dolu anlar bəxş edib.
 
Ölkəmizin bütün telekanallarında, habelə Eurosport kanalında 6 gün dalbadal yayımlanan bu yarış çox maraqlı bir idman hadisəsi kimi yadda qalmaqla bərabər, həm də Azərbaycanın turizm potensialının bütün dünyaya tanıtdırılmasına da mühüm töhvə olub.

Похожие новости

Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.
Velosiped İdmanı 03 oktyabr

Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi başa çatdı

Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi başa çatıb.