25 iyul 2016 19:30

Məşqçilər üçün texniki təlim kursları başa çatdı

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində təşkil edilən "Məşqçilər üçün texniki təlim kursları" başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

18-25 iyul tarixlərində keçirilən təlimin iştirakçılarına sertifikatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim ediblər.

Layihənin əsas məqsədi beynəlxalq standartlara cavab verən məşqçilərin hazırlanması, onların nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarət olub.

Tədbirin sonunda mətbuat nümayəndələrinin suallarını cavablandıran MOK-un vitse-prezidenti Çingiz Hüzeynzadə peşəkar kadrların hazırlanması baxımından bu cür seminarların əhəmiyyətini yüksək qiymətləndirib: "Velosiped idmanı Azərbaycanda günü-gündən inkişaf edir və bu baxımdan ixtisaslı kadrlara böyük ehtiyac var. Respublika Velotrekində yaradılan şəraitə söz ola bilməz. Bu isə bizə onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan velosipedi daha da inkişaf edəcək. Biz isə öz növbəmizdə idmançı və məşqçilərin bilik və bacarıqlarının artırılması üçün bu cür tədbirləri davamlı olaraq təşkil edəcəyik".

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.