21 iyul 2016 13:00

Synergy Bakunun üzvü Çində 2-ci oldu

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşünün 4-cü mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 km-lik marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 4 saat, 1 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, hər şeyi fotofiniş həll edib. Qeyd edək ki, "Synergy Baku" nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi - Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 km qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı. 4-cü mərhələdə isə daha bir təmsilçimiz - Yosip Rumaç zədələnib və belədə "Synergy Baku" Çin yarışında mübarizəni 4 nəfərlə - Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinlə davam etdirəcək.

Məlumat üçün bildirək ki, 13 mərhələdən ibarət "Tour of Qinghai Lake" yürüşünə iyulun 30-da yekun vurulacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.