25 iyun 2016 17:00

Azərbaycan çempionatı başa çatdı

İsmayıllıda şosse velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar.

Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarımızın üzvü olan bütün velosipedçilər iştirak edib. 164 km-lik mübarizənin təxminən 40 km-dən sonra əsas mübarizənin də məhz "Synergy Baku"nun 4 üzvü - Elçin Əsədov, Samir Cəbrayılov, İsmayıl İlyasov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin arasında gedəcəyi məlum olub.

Ara-sıra hücumları nəzərə almasaq, təxminən 125-ci km-ə qədər bu dördlük lider qrupu olaraq qalan izləyicilərindən xeyli aralanıb. Amma məhz bundan sonra dağlıq ərazidən eniş zamanı Maksim Averin qəfildən irəli şığıyıb və digər 3 nəfərdən uzaqlaşmağı bacarıb. Beləcə, Olimpiyaçımız finiş xəttinə qədər digər rəqibləri üçün əlçatmaz olub və 164 km məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edərək ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov çempiona müvafiq olaraq 11 dəqiqə, 51 saniyə və 11 dəqiqə, 53 saniyə uduzmaqla 2-3-cü yeri tutublar.

"Hər şeydən öncə Azərbaycan çempionatı üçün belə maraqlı marşrut seçdiklərinə və yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə federasiya rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən də, marşrut elə idi ki, burada ən müxtəlif taktiki variantları sınaqdan keçirmək mümkün idi. Şadam ki, ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıram. İnanın ki, bu amil mənim üçün Rio Olimpiadası öncəsi olduqca böyük stimuldur" - deyə, Maksim Averin bildirib.

"Yarış öncəsi qarşınıza qoyduğunuz taktiki plan nədən ibarət idi" sualını isə Averin belə cavanlandırıb: "Əsas istəyim finişə bir xeyli qalmış hücuma keçmək və rəqiblərimdən aralanmaq idi. Amma bu alınmasa, qrupla finişə yaxınlaşmaq və sprint etmək kimi ehtiyat variantı da düşünmüşdüm. Şadam ki, məhz nəzərdə tutduğum planı həyata keçirə bildim".

Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlar da keçirilib və burada Maksim Averin 35 km məsafəni 48 dəqiqə, 50 saniyəyə başa vurmaqla 2-ci olub. Bu növdə Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə Elçin Əsədov bayram edib. Samir Cəbrayılov isə sıralanmada 3-cü olub - 49 dəqiqə, 33 saniyə. Yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə alınacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.