15 iyun 2016 14:30

Mənim velo-məqaləm adlı yazı müsabiqəsinə start verilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "Hədəf" Nəşriyyatının birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə start verilib. Azerisport.az xəbər verir ki, gənclərin son zamanlar mütaliəyə və idmana artan marağını nəzərə alaraq, müsabiqəyə aşağıdakı 3 istiqamət üzrə yazılar təqdim edilə bilər.
 
1) “Mənim Velo-Hekayəm” - İştirakçılar bu nominasiya üzrə özlərinin və yaxınlarının yaşadıqları və ya velosiped idmanına marağın artmasına xidmət edəcək hekayələrini göndərə bilərlər;
 
2) “Velosiped idman növünün cəmiyyətimizdə təbliği yolları” – Bu nominasiya üzrə iştirakçılar cəmiyyətimizdə həm sağlamlığımıza, həm də ekologiyamıza faydalı olan velosiped idman növünün populyarlaşması istiqamətində hansı addımların atılmasının və hansı tədbirlərin görülməsinin labüdlüyü haqqında araşdırma tipli yazılar təqdim edəcəklər;
 
3)  “Velosiped – sağlamliğimiz və ekologiyamiz”  - Bu nominasiya üzrə iştirakçılar təqdim etdikləri yazılarda ekologiyamizda olan problemlərə toxunacaq və sağlamlığımıza təhlükə yaradan bir sıra problemlərin həllində velosiped idman növünün rolunu vurğulayacaqlar:
 
Müsabiqəyə yazıların qəbulu  30 iyul,  2016–cı il tarixinədək davam edəcək. 10 avqust tarixinədək qaliblər müəyyənləşəcək və mükafatlandırma mərasimi keçiriləcək.
 
Hər  istiqamət üzrə 3 qalib seçiləcək və ümumilikdə 9 qalib təyin olunacaq.

Daha ətraflı məlumat burada

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.