15 iyun 2016 12:00

Olqa İsmayılova: Uğurlu çıxış yaxşı hazırlıqdan və maliyyə dəstəyindən asılıdı

Ölkəmizi Olimpiadada trek velosipedinin sprint və keyrin növlərində təmsil edəcək Olqa İsmayılovanın azerisport.az saytına müsahibəsi:

- Əvvəlcə bu lisenziyanı necə qazanmağınız haqda məlumat verməyinizi istərdik.
- İki il əvvəl elan olundu ki, Avropa və dünya çempionatı, Dünya Kubokunda lisenziya xalları toplamaqla Olimpiadaya qatılmaq mümkündü. Sözsüz, vəsiqələr uğrunda gərgin mübarizə gedirdi. Velosiped idmanında tez-tez dəyişikliklər baş verir. Texnologiyalar yenilənir. Hər il qaydalarda müəyyən dəyişikliklər olur. Buna baxmayaraq bütün gücümü ortaya qoyaraq Azərbaycan adına lisenziya qazandım.

- Buna qədər bu növlərdə Olimpiadada təmsil olunmamışdıq. Siz ölkəmiz adına ilkə imza atdız. Hisslərinizi bilmək maraqlı olardı.
- Olimpiya Oyunlarında iştirak etmək hər zaman xoşdu. Öz ölkəni orda təmsil edirsən. Olimpiadada uğurlu çıxış etməyə çalışacam.

- Rio-2016-ya qədərki hazırlıq prosesi necə olacaq? Olimpiyadayadək hansısa yarışlarda iştirak edəcəksiz?
- Artıq hazırlığın yekun mərhələsinə qədəm qoymuşuq. Bir-iki yarışda iştirak etməyi planlaşdırıram ki, Olimpiadanın startınadək daha hazırlıqlı olum. Polşada təlim-məşq toplanışının baş tutacağı da gözlənilir.

- Dünya və Avropa çempionu olmusuz. Yəqin ki, indi Olimpiadada eyni uğura imza atmağı hədəfləmisiz.
- Ötən Olimpiya Oyunlarında Belarusun adından yarışmışdım. Yarışa 6 ay qalmış orda velosiped idmanına cavabdeh şəxs maliyyə ayırmadığından Olimpiadaya yaxşı hazırlaşa bilmədim. Bu idman növü başsız qalmışdı. Uğurlu çıxış yaxşı hazırlıqdan və maliyyə dəstəyindən asılıdı. Bu, mənim üçün 2-ci şansdı. Bu şansdan maksimum yararlanmağa çalışacam.

- Rio-2016-da əsas rəqibləriniz kimlər olacaq?
- Avstraliya, Almaniya, İngiltərə və Rusiya təmsilçiləri əsas favoritlər hesab olunur. Əslində bu siyahını daha da uzatmaq olar. Çünki əksər idmançılar Olimpiadaya yaxşı formada qatılır. Hər federasiya idmançısının uğur qazanması üçün ona əlindən gələn dəstəyi verir.

- Ancaq sizdə özünəinam hissinin güclü olması müsbət məqamdı.
- Məncə hamı özünə inanır (gülür). Olimpiadaya vəsiqə qazananlarda bu inam daha güclü olur. Xüsusən də lisenziyanı əldə etdikdən sonra öz gücünə daha çox güvənməyə başlayırsan. Əlbəttə, burda yarış təcrübəsi də böyük rol oynayır. Ancaq gərək dayanmadan bu praktikanı artırasan. Tez-tez yarışlarda iştirak edəsən. Yerində saysan, öz üzərində işləməsən, uğurların davamı gəlməyəcək. Hər zaman özünü tonusda, formada saxlamağa çalışmalısan.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.