10 iyun 2016 17:30

Olimpiya növləri üzrə Azərbaycan çempionatı başlayıb

Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq, Azərbaycan Velosiped İdmanı Federasiyası Olimpiya növləri üzrə müxtəlif yaş qrupları arasında ölkə çempionatına start verib. Azerisport.az xəbər verir ki, bu gün gənc velosipedçilər 24 km məsafəyə fərdi ötüşmə yarışında mübarizə aparıblar.

Məsafəni hamıdan tez qət edən "Lokomotiv" klubunun üzvü Kərim Şirəliyev 35 dəqiqə, 38 saniyə göstərici ilə 1-ci yeri tutub. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Bakir Dadaşov çempiona 23 saniyə uduzmaqla 2-ci olub. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikayıl Səfərli tamamlayıb - 36 dəqiqə, 26 saniyə.

Sabah gənc velosipedçilər Xızıda 132 km məsafəyə qrup ötüşməsində nəyə qadir olduqlarını göstərəcəklər. Qeyd edək ki, Olimpiya növləri üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.

Gənclər arasında fərdi ötüşmə üzrə Azərbaycan çempionatı

24 km

1. Kərim Şirəliyev (Lokomotiv) - 00:35:38
2. Bakir Dadaşov (OEQİUGVM) - 00:36:01
3. Mikayıl Səfərli (8OEQİUGM) - 00:36:26

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.