14 may 2016 00:10

Qadın velosipedçimizdən Rio-2016-ya doğru daha bir addım

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC Llubljana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib. Azerisport.az xəbər verir ki, velosipedçimiz Çində keçirilən "Tour of Zhoushan Island" turunda aktivinə daha 12 reytinq balı yazıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamzın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Qeyd edək ki, Yelena Pavluxina mayın 6-8-də Çində keçirilən digər bir yarış - Dünya Turu statusunu daşıyan "Tour of Chongming" veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xal qazanmışdı.

Bu 12 xalı nəzərə almasaq, hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq sıralanmasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir. Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.