12 may 2016 14:20

Dünya çempionu məharətini Tur de Azərbaycanda nümayiş etdirib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "Red Bull" şirkəti tərəfindən ölkəmizə dəvət edilən BMX üzrə dünya çempionu (flatland növü) Viki Qomez "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 5-ci mərhələsi zamanı "Azadlıq Meydanı"nda çıxış edib. Azerisport.az xəbər verir ki, onun çıxışı velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Viki Qomez 1981-ci il, martın 7-də İspaniyanın paytaxtı Madriddə doğulub və BMX üzrə flatland növünün usta idmançısıdır. O, 14 yaşından BMX ilə məşğul olmağa başlayıb və çox qısa zamanda bu idman növünün sirrlərinə yiyələnib. 19 yaşından etibarən müxtəlif yarışlarda və çempionatlarda iştirak edən Viki Qomez 2 dəfə Avropa və 1 dəfə Dünya çempionatında qızıl medala layiq görülüb. Viki BMX üzrə flatland növündə çoxsaylı fəndlərin yaradıcısıdır və BMX idmanının inkişafında Viki Qomezin böyük rolu var.

Usta idmançı indiyədək 66 ölkədə müxtəlif tədbirlərdə iştirak edib və böyük kütləni öz fəndləri ilə təəccübləndirib. Azərbaycana ilk dəfə Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində səfər edən, amma geniş publika qarşısına çıxmayan idmançı, bu dəfə "Tour d'Azerbaidjan" yarışının xüsusi qonağı olub. O həmçinin Respublika Velotrekində BMX növü ilə məşğul olan yerli velosipedçilərlə görüşərək onlarla fikirlərini bölüşüb və tövsiyyələrini verib.

Bakıda olduğu müddət ərzində şəhərimizə, insanlarımızın qonaqpərvərliyinə, mətbəximizə heyran olduğunu deyən Viki Qomez ölkəmizə bir daha qayıdacağını söyləyib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.