7 may 2016 16:00

Tur de Azərbaycan-2016-da 4-cü mərhələ başa çatdı

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünündə növbəti mərhələyə yekun vurulub. Azerisport.az xəbər verir ki, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan 4-cü yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

Marşrutu 2 saat, 54 dəqiqə, 35 saniyəyə başa vuran Birləşmiş Ərəb Əmirliklərinin "NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman finişi onunla eyni vaxtda keçən 3 nəfərlik kiçik qrupda hamını qabaqlayıb. 2-ci yerə Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov layiq görülüb. İlk 3-lüyü isə Portuqaliyanın "Tavira" komandasının italiyalı velosipedçisi Rinaldo Noçentini tamamlayıb.

"Synergy Baku"nun üzvlərinə gəlincə, Matiya Kvasina 8-ci, Maksim Averin 19-cu, Kiril Pozdnyakov 22-ci, Matey Müqerli isə 26-cı olub. 4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü, 2-ci və 3-cü mərhələlərdə finişi 2-ci keçən, bu dəfə isə 4-cü nəticə göstərən Markus Eybeger ələ keçirib. Bu siyahıda "Synergy Baku" üzvlərindən Matiya Kvasina 8-ci, Maksim Averin 13-cü, Kiril Pozdnyakov 15-ci, Matey Müqerli isə 20-cidir.

Ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə "NASR Dubai" komandasının italiyalı üzvü Luka Vakerman yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. Qazaxıstanın "Astana City" klubunun üzvü Nikita Stalnov isə ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini əyninə geyinib.

4-cü mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdədir. Komandamız ilk pillənin sahibi, Avstriyanın "Felbermayr - Simplon Wels" klubuna 1 dəqiqə, 21 saniyə uduzur.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqdim ediblər.

Sabah "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi "Azadlıq Meydanı"nda olacaq 5-ci mərhələ saat 10:30-da başlanacaq və iştirakçılar paytaxt Bakının küçələrində 158 km məsafəyə mübarizə aparacaqlar.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.