5 may 2016 17:30

Sahib Ələkbərov: Kiməsə meydan oxumaq fikrimiz yoxdu

“Tour d’Azerbaijan-2016” veloyürüşünün 2-ci mərhələsinin qalibinin Maksim Averin olması hər kəsi, o cümlədən Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovu çox sevindirdi. Yürüş başa çatan kimi federasiya rəsmisi azerisport.com saytına müsahibə verib:

- Bu qələbəni gözləyirdizmi?
- Hər zaman bu uğurun olacağına inanırdıq. Dünən komanda hesabına “Sinerjy Baku” 2-ci yeri tutdu. Bu gün isə Maksim finişi birinci keçdi. Buna görə qürur duyuruq.

- Dağlıq yolların üstünlük təşkil etdiyi yürüşdə velosipedçilərimizin daha yaxşı çıxış etdiyini görürük. Bu, sabahki mərhələ üçün də ümidverici məqam sayıla bilər?
- Deməzdim ki, sabah marşrutun böyük əksəriyyətində dağlıq ərazilərdən keçəcəyik. Əsas dağ mərhələsi Pirquluya gedən yol hesab olunur. Düşünürəm ki, idmançılarımız orda da sözünü deyə biləcək. Ancaq biz bütün mərhələlərdə velosipedçilərimizin sözlərini deyəcəyini düşünürük.

- Fərdi mübarizədə hansı velosipedçimizin yekunda öndə olacağını düşünürsüz?
- Bilirsiz, burda daha çox komanda yarışı gedir. Vaxta görə ötüşmədə fərdi mübarizə ön plana çıxır. Bu mərhələlərdə kimisə fərqləndirmək olmaz. Hər mərhələdə komanda bir nəfər üçün işləyir, onu irəli aparır. Bu, yalnız Maksimin yox, bütün komandanın uğurudu.

- Təşkilati işlər sizi qane edirmi?
- Təşkilat Komitəsinin sədri kimi bu suala cavab verməyə çətinlik çəkirəm (gülür). Müəyyən fikir səsləndirsəm, təvazökarlıqdan kənara çıxmış olaram. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb. İlk iki mərhələdə hər hansı qəzayla üzləşməmişik. Hesab edirəm ki, bu, çox yaxşı haldı. Qalan məsələləri idmançılardan soruşmaq lazımdı ki, onlar nə dərəcədə təşkilatçılıqdan razıdı.

- Velosiped idmanını bölgələrdə inkişaf etdirmək üçün hansı tədbirlər görülür?
- Bu istiqamətdə 2-3 ildi ki, ciddi işlər aparırıq. Amma bir şeyi bilmək lazımdı. Möcüzə həyatda yox, yalnız nağıllarda olur. Normal velosipedçinin yetişməsi üçün ən azı 7 il vaxt lazımdı. Komandamızın geniş adı “Sinerjy Baku Cycling Project”di. Yəni bu velosiped layihəsidi. Burda yalnız komandanın qarşısına vəzifə qoyulmuyub ki, yarışlarda iştirak edərək qələbələr qazansınlar. Məqsədlərimizdən biri də gənc velosipedçiləri yüksək səviyyəyə çatdırmaqdan ibarətdi. 23 yaşadək velosipedçilər arasında çox yüksək nəticələrə imza atmış idmançılarımız var. Samir Cəbrayılov, Kənan Qəhrəmanov və Elgün Əlizadənin adını çəkə bilərəm. Artıq bu ildən Samir böyüklərin qrupuna keçir. İki ildən sonra bu velosipedçilər əsas heyətdə yer alacaq. Əsas məqsədlərimizdən biri də budu. Bu, bizim üçün prioritetdi.

- İsmayıllıda istifadəyə veriləcək velosiped zavodunda sırf idman tipli velosipedlər istehsal olunacaq?
- Bu, kommersiya layihəsidi. İsmayıllının icra başçısıyla bu mövzuda söhbətimiz oldu. O dedi ki, bu il zavod istifadəyə veriləcək. Ancaq yaranmış maliyyə problemlərinə görə açılış bir qədər yubanır. Zavodda işlərin böyük hissəsi başa çatıb. Avadanlıqlar gəlib. 2-3 aya zavodun fəaliyyətə başlayacağı gözlənilir. Orda uşaq velosipedindən tutmuş ən yüksək səviyyəli idman velosipedləri istehsal olunacaq. Bura həm dağ, həm də trek velosipedləri daxildi.

- Bu tarixlərdə ölkəmizdə cüdo üzrə “Böyük Dəbilqə” və futbol üzrə U-17 Avropa çempionatı da keçirilir. Düşünmürsüz ki, bu yüksək təşkilatçılıqla həmin yarışlara meydan oxuyursuz?
- Bizim kiməsə meydan oxumaq fikrimiz yoxdu. Sadəcə, başımızı aşağı salıb işimizi görürük. Çalışırıq ki, hər şeyi yaxşı edək. Bu nə dərəcədə alınır, buna siz qiymət verin.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.