5 may 2016 17:00

Maksim Averin Tur de Azərbaycan-2016-nın 2-ci mərhələsinin qalibidir!

Azərbaycanın Elit yığmasının və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. Azerisport.az xəbər verir ki, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.

Marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə Avstryianın "Felbermayr" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Isveçrənin "Roth" pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi, Avstriyanın "Felbermayr" klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin 4-cüdür.

2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini İsrailin "Cycling Academy Team" klubunun üzvü Giliom Buavin ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə də yiyələnib. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyinə, Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.

Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 km məsafə qət etdikdən sonra bağlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.