4 may 2016 16:45

Tur de Azərbaycan-2016-da ilk gün: Bora-Argon 18-dən 4 fəxri kürsü

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünə start verilib. Azerisport.az xəbər verir ki, ilk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər.

Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın "İlluminate" komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.

Mərhələni qalib kimi başa vuran "Bora-Argon 18"in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini ələ keçirib. O həm də ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR, eyni zamanda ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini isə Malayziyanın "Terengganu" klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşəni işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə yarışın yaxşı keçdiyini söyləyə bilərəm”. Bu sözləri ilk mərhələnin qalibi, “Bora-Arqon 18” komandasının üzvü Fil Bauhaus deyib.

O qeyd edib ki, bu peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk uğurumdur. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprinterlər üçün əlverişli deyil”.

Yarış lideri Azərbaycan haqda müsbət fikirlər də səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 km məsafə qət edəcəklər və İsmayıllıda finiş xəttini keçəcəklər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.