25 aprel 2016 00:30

İkiqat çempionluq

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə çıxışını 2 qat çempionluqla başa vurub. Azerisport.az xəbər verir ki, dünyanın ən güclü kollektivlərini qabaqlamaqla komanda hesabında çempion olan “Synergy Baku”, həm də yürüşün ən qiymətli köynəyini əldə edib.

4-cü mərhələdən etibarən yarış liderinə verilən “qırmızı köynəy”i ələ keçirən Matiya Kvasinanın bu üstünlüyünü qoruması, həmçinin komanda hesabında liderliyi saxlamaq üçün “Synergy Baku”nun qarşısına əsas izləyiciləri özündən irəli buraxmamaq tapşırığı qoyulub ki, velosipedçilərimiz də bu vəzifənin öhdəsindən məharətlə gəliblər. 158 km-dən ibarət sonuncu, 6-cı mərhələdə Matiya Kvasina finişi 21-ci keçsə də, ümumi təsnifatda ilk pillədə qalıb və bununla da ən yaxın izləyicisi, Rusiyanın “Tinkoff” Dünya Turu klubunun üzvü Yesper Hanseni 24 saniyə qabaqlamaqla “Tour of Croatia”nın “lider köynəy”ini qazanıb.

Sonuncu mərhələnin nəticəsi “Synergy Baku”ya ümumkomanda hesabında liderliyini qorumağa və çempion olmağa imkan verib – klubumuz ən yaxın izləyicisi, Sloveniyanın “Adria Mobil” kollektivini 4 dəqiqə, 15 saniyə qabaqlayıb.

“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov ümumi təsnifatda 7-ci, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 15-ci olub. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edib.

“Synergy Baku”nun digər nümayəndəsi Aleksandr Surutkoviç isə Bosniya və Herseqovinada təşkil edilən “Belgrade – Banjaluka II” yürüşündə çıxış edib. Bir gün öncə bu yarışın Serbiyadakı bölümündə 2-ci olan Surutkoviç bu dəfə 3-cü yeri tutub.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.