27 mart 2016 01:00

Synergy Baku İtaliyada uğurla çıxış edir

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" İtaliyada təşkil edilən sayca 31-ci "Coppi e Bartali" yarışında uğurla çıxış edir. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı 4 mərhələdən ibarətdir və 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın "Team Sky" Dünya Turu, Rusiyanın "Gazprom RusVelo", İtaliyanın "Southeast-Venezuela", "Bardiani-CSF", "Androni Giocattoli" və "Nippo-Vini Fantini", Belçikanın "Topsport Vlaanderen-Baloise" kimi peşəkar kontinental komandalar var.

Yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 km məsafəni 3 saat, 34 dəqiqəyə qət edib və fotofinişə əsasən 3-cü nəticə göstərib. Bundan başqa, "Synergy Baku" nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "yaşıl köynəy"i də 2-ci mərhələdən etibarən ələ keçirib - Kiril Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.

Bu gün keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 164 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Synergy Baku" "Coppi e Bartali" yürüşündə Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyətlə təmsil olunur.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.