12 mart 2016 23:30

8 saylı Olimpiya Məktəbinin açıq birinciliyi keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda adı çəkilən məktəbin açıq birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən digər klub və cəmiyyətlərdən də olmaqla, ümumilikdə 80 velosipedçi mübarizə aparıb.

Reqlamentə əsasən, 12 km məsafəyə yarışan qızların mübarizəsində ilk 2 yeri 8 saylı Olimpiya Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Viktoriya Buxenskaya 3-cü olub.

Yaşı 15-dək olan oglanlar 18 km məsafəyə yürüşdə mübarizə aparıblar. Bu yaş kateqoriyasında 1-ci və 2-ci yerə 8 saylı məktəbin velosipedçiləri Əhməd Əhmədov və Elmir Əliyev layiq görülüblər. Sumqayıt Velosiped İdmanı Klubundan Fərid Bəylərov ilk üçlüyü tamamlayıb.

U-17 və gənclər kateqoriyasında çıxış edən velosipedçilər isə 60 km məsafə qət ediblər. Xüsusi gərginliyi ilə yadda qalan 17 yaşlıların yürüşündə 1-ci yerə 8 saylı məktəbdən Xankişi İsgəndərov layiq görülüb. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü İvan Orlov 2-ci, “Atasport” klubunun nümayəndəsi Bəylər Ağayev isə 3-cü yerə layiq görülüb.

Və ən nəhayət, gənclər arasında 8 saylı Olimpiya Məktəbindən Nicat Oruczadə finiş xəttini hamıdan öndə keçib. Onun komanda yoldaşı Maksim Naperstkov 2-ci, Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Rövşən İsmayılov isə 3-cü yeri tutub. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.