5 mart 2016 15:00

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veloyürüş keçirildi

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində veloyürüş təşkil edilib. Azerisport.az xəbər verir ki, yürüşdə federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-dən artıq idmançısı ilə yanaşı, həvəskar velosipedçilər də iştirak edib.

Startdan öncə veloyürüş iştirakçılarını salamlayan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyərək, ölkəmizdə idmana dövlət səviyyəsində böyük qayğının olduğunu söylədi. O, veloyürüşün təşkilində göstərdiyi dəstəyə görə, Azərbaycan Velosiped İdmanı Federasiyasını xüsusi diplomla da təltif etdi.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla dövlət əhəmiyyətli günlərdə veloyürüşlər təşkil edir. Buna Dövlət Bayrağı Günü, Gənclər Günü, Ədliyyə işçilərinin peşə bayramı günü, Yeni İl və Dünya azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar keçirilən yürüşləri misal göstərmək olar. Bundan başqa, federasiya ötən il Bakı-2015 ilk Avropa Oyunlarına dəstək aksiyası çərçivəsində "Asan Xidmət" könüllülərinin iştirakı ilə velosiped yarışı da təşkil edib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.