14 noyabr 2015 16:00

Synergy Bakuda yeni simalar

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, ötən illə müqayisədə komandanın tərkibində müəyyən dəyişikliklər var. Belə ki, Azərbaycanın Elit yığma komandasının üzvü Tural İsgəndərov və avstriyalı Markus Eybegerlə yeni müqavilə imzalanmayıb. Aqşin İsmayılov isə dağ velosipedi üzrə məşqçilik karyerasına başlaması ilə əlaqədar, şosse yarışlarında iştirakını başa vurub.

Diqqət çəkən əsas məqam Azərbaycanın gənclər yığmasının üzvü Kənan Qəhrəmanlının "Synergy Baku"ya cəlb olunmasıdır. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, gənclər yığmamızın daha bir üzvü Tərlan Məmmədovun da "Synergy Baku" ilə müqavilə imzalaması müzakirə edilir: "2016-cı il üçün açıqlanan 14 nəfərlik ilkin heyət içərisində Azərbaycanın müxtəlif yığma komandalarının şərəfini qoruyan 8 velosipedçi var. Onlar Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bayrağı altında keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak etməklə böyük təcrübə toplayırlar və bu da fedrasiyamızın əsas məqsədlərindən biridir".

Baş katibin fikrincə, Kənan Qəhrəmanlı, həmçinin Tərlan Məmmədov gələcəyinə böyük ümidlər bəslənilən gənc velosipedçilərdəndir. Komandanın daha təcrübəli yerli və əcnəbi üzvləri ilə birgə məşq və yarışların bu idmançıların inkişafına müsbət təsir göstərəcəyi isə heç kimdə şübhə doğurmur.

"Synergy Baku"nun heyətinə cəlb edilən digər velosipedçilərə gəlincə, xorvatiyalı Matiya Kvasina ölkəsinin fərdi ötüşmə üzrə son çempionudur. Digər xorvat velosipedçi Yosip Rumaç isə qrup ötüşməsi üzrə Xorvatiya çempionatında 2-ci yeri tutub, həmçinin ölkəsinin yığma komandasının heyətində Bakı-2015 ilk Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.

Gələn il üçün sifariş edilən Kiril Pozdnyakova gəlincə, 2013-cü ildə "Synergy Baku"nun heyətində uğurlu mövsüm keçirən velosipedçi 2.1 kateqoriyalı çoxgünlük "Tour of China" yürüşünün qalibi olub, sonrakı 2 ildə isə Rusiyanın pro-kontinental "RusVelo" komandasının heyətində çıxış edib.

"Synergy Baku"-2016: Elçin Əsədov (Azərbaycan, Elit), Maksim Averin (Azərbaycan, Elit), Elgün Əlizadə (Azərbaycan U-23), Ənvər Asanov (Azərbaycan U-23), İsmayıl İlyasov (Azərbaycan U-23), Samir Cəbrayılov (Azərbaycan U-23), Kənan Qəhrəmanlı (Azərbaycan, gənclər), Tərlan Məmmədov (Azərbaycan, gənclər), Matiya Kvasina (Xorvatiya), Matey Müqerli (Xorvatiya), Yosip Rumaç (Xorvatiya), Aleksandr Surutkoviç (Ukrayna), Kiril Pozdnakov (Rusiya) və İoannis Tamuridis (Yunanıstan).

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.