12 oktyabr 2015 16:45

Bakıda veloyürüş keçirildi

Hotellər və Restoranlar Assosiasiyasının, həvəskarlardan ibarət "CycleMania" velosiped klubunun və "Baku Guide" jurnalının birgə təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının texniki dəstəyi ilə “Özünü və ətrafı iki təkərlə kəşf et” adlı veloyürüş keçirilib. Azerisport.az xəbər verir ki, 35 velosipedçidən ibarət qrup yürüşə Dövlət Bayrağı Meydanından start götürməklə başlayıblar.

Velosipedçilər “İntourist” hotelində qısa müddətli dayanacaq edərək, Azneft meydanından "İstiqlaliyyət" küçəsinə çıxıblar və Qoşa Qala Qapısından İcərişəhərə daxil olublar.

Ekskursiya bələdçisinin müşayiəti ilə velosipedçilər Qız Qalasında, Şirvanşahlar Sarayında və Karvansarada olublar. Veloyürüşün finiş nöqtəsi olan “Boulevard” hoteldə isə velosipedçilər və təşkilatçılar tədbirin əsas məqsəd və vəzifələrini açıqlayıblar. Şəhər küçələrində velosipedçilər üçün müvafiq infrastrukturun olmaması, hotellərin, restoranların, turizm obyektlərinin qarşısında velosiped dayanacaqlarının yaradılması əsas müzakirə edilən məsələlərdən olub.

Hotellər və Restoranlar Assosiasiyası tərəfindən təklif edilib ki, yerli və xarici turistlər üçün bir neçə marşrut hazırlansın. Şəhərin tarixi-memarlıq və digər turizm məkanlarını velosipedlə gəzmək istəyən turistlər üçün velosipedlərin alınması istiqamətində hotellər qarşısında stimullaşdırıcı təkliflər hazırlanması da müzakirə edilən məsələlər arasında olub.

Həmçinin təklif edilib ki, Bakı şəhərinin Səbail rayonunun rəhbərliyinə rayon ərazisində pilot layihə olaraq velosipedçilər üçün infrastruktur yarandılması ilə bağlı müraciət ünvanlansın. Çünki məhz bu rayon ərazisində xarici qonaqlar və yerli turistlər arasında populyar olan əksər turizm obyektləri yerləşir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələrinin çıxışı zamanı bildirilib ki, federasiya velosipedçilər tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyir və bu cür tədbirlərin artması ölkədə velosiped mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir. Tədbirin sonunda veloyürüşün iştirakçılarına diplomlar təqdim edilib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.