8 sentyabr 2015 14:40

Fərdi və cüt ötüşmələr üzrə ölkə çempionatı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Pirallahı rayonu ərazisində şosse velosipedi üzrə fərdi və cüt ötüşmələr üzrə Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən yarışda 70-ə yaxın idmançı mübarizə aparıb.

Fərdi yarışlarda 15 yaşa qədər velosipedçilər arasında 8 km məsafəni hamıdan tez "Atasport" klubunun təmsilçisi Ramazan Əliyev qət edib. 17 yaşlılar arasında "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev 11,5 km-lik marşrutda birinci olub. 15 km məsafəyə yarışan Elit, U-23 və gənclər kateqoriyasında isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin idmançısı Ayxan İltifatlı hamıdan yüksək nəticə göstərib.

Cüt ötüşmələrə gəlincə, 15 yaşlılar arasında "Atasport" və İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirmələri Ramazan Əliyev və Qadir Mustafayevdən ibarət duet 15 km məsafəni ən yaxşı göstərici ilə tamamlayıblar. Müvafiq olaraq "Lokomotiv" və 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbini təmsil edən Kərim Şirəliyevlə Mikayıl Səfərli 17 yaşlılar arasında 20 km məsafəyə mübarizədə Azərbaycan çempionu adına layiq görülüblər. Və nəhayət, Elit, U-23 və gənclər arasında birinci yeri "Lokomotiv" klubunun velosipedçiləri tutublar - Məhəmməd Ələkbərov və Musa Mikayılzadədən ibarət cütlük 25 km məsafəni hamıdan tez qət edib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.