6 sentyabr 2015 16:30

Akademik avarçəkənlərimiz Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar

Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən dünya çempionatında imza atıblar.

Bu gün 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb. Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər Rio-2016-da iştirak hüququna yiyələniblər. Ona görə də Aleksandrov - Yotov dueti B finalında üstələdiyi böyük britaniyalı Con Kollins - Conatan Uolton (08:24.450), kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo İbanyes (08:24.760), italiyalı Cakomo Centili - Romano Battisti (08:25.770) və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilyev (08:25.840) cütlükləri ilə birgə olimpiadaya yüksəlib. Qalan 6 vəsiqəyə A finalında çıxış edəcək fransalı Hüqo Buşeron - Matyö Androdias, avstraliyalı Ceyms Makray - Aleksandr Belonoqov, almaniyalı Marsel Hakker - Stefan Krüger, xorvatiyalı Martin Sinkoviç - Valent Sinkoviç, litvalı Rolandas Masçinskas - Saulius Ritter və yeni zelandiyalı Robert Menson - Kristofer Harris duetləri yiyələnib. B finalında 8 dəqiqə 27,400 saniyə nəticə ilə sonuncu yeri tutmuş norveçli Nils Yakob Hoff - Kyetil Borx dueti isə lisenziya qazana bilməyib.

Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiya təsnifat reqatasının A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı. Amma ötən dövrdə həm Aleksandrov, həm də Yotov istər fərdi, istərsə də qoşa mübarizədə xeyli təcrübə toplayıblar. Cəmi 19 yaşı olan Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, hazırda akademik avarçəkmə növündə Azərbaycanın ilk olimpiya mükafatçısı sayılır. Aleksandrov isə 2013-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında 1 nəfərlik qayıqla dünya çempionu, 2014-cü ildə Yotovla birgə 2 nəfərlik qayıqla Avropa vitse-çempionu olub.

Ümumilikdə, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Üstəlik, lisenziyalar London olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.