8 iyul 2015 18:00

4-cü mərhələdə 4-cü yer

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın 185 km-lik 4-cü mərhələsində komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb - o finişi mərhələ qalibi, Rusiyanın "Rusvelo" pro-kontinental komandasının üzvü İvan Savitskidən 7 saniyə gec keçərək 4-cü olub. Müqerlini 3-cü yerdən cəmi bir neçə santimetr ayırıb. Velosipedçimiz üçüncülük uğrunda Sloveniyanın "Adria Mobil" komandasının üzvü, yarışın ən yaxşı sprinteri üçün nəzərdə tutulan "yaşıl köynəy"i özündə saxlayan Marko Kumpla eyni nəticəyə imza atsa da, fotofiniş rəqibin öndə olduğunu üzə çıxarıb.

4-cü mərhələdə komandamızın digər üzvlərinin nəticələrinə gəlincə, Samir Cəbrayılov mərhələ qalibinə 11 saniyə uduzmaqla 15-ci olub. Yannis Tamuridis 19-cu, Maksim Averin isə 34-cü nəticə gəstərib. 4 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, Matey Müqerli liderdən 1 dəqiqə, 10 saniyə geri qalmaqla 11-cidir. Samir Cəbrayılov isə 1 dəqiqə, 52 saniyə geriliklə 24-cü yerdədir.

Sabah iştirakçılar 133 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.