12 iyun 2015 14:15

Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti ilə görüşüb

İyun ayının 12-də Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti cənab Brayn Kuksonu qəbul edib. Azerisport.az xəbər verir ki, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonağı səmimi salamlayan F.Məmmədov bildirib ki, bu gün həm Azərbaycan, həm də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olacaq. Ölkəmizin iki ildən artıq hazırlaşdığı 1-ci Avropa Oyunları bu gün start götürəcək və 17 gün müddətində idmanın müxtəlif növləri üzrə öz azarkeşlərini sevindirəcək.

F.Məmmədov qeyd edib ki, ilk Avropa Oyunlarında velosiped idmanının 3 növü üzrə yarışlar keçiriləcək. Bu məqsədlə ölkəmizdə müvafiq infrastruktur yaradılıb. Veloparkın ərazisində inşa olunmuş Avropa Oyunlarında istifadə olunacaq BMX Veloparkı və Dağ Velosipedi Parkı Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam cavab verir. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, fiziki qüsurlu tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.

Azərbaycanda son illərdə velosiped idmanının sürətlə inkişaf etdiyini bildirən F.Məmmədov ilk Avropa Oyunlarında Azərbaycan velosipedçilərinin də yaxşı nəticələr göstərəcəyinə böyük ümidlər bəslədiyini bildirib.

Cənab Brayn Kukson səmimi qəbula görə minnətdarlığını bildirərək, 1-ci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirakından məmnunluğunu ifadə edib. UCİ prezidenti Bakı-2015 Avropa Oyunlarının yarış cədvəlinə daxil edilmiş velosiped idmanının üç növü - BMX, dağ və şosse yarışlarında 300-dən çox idmançının iştirak edəcəyini, bu yarışların hamısında 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün lisenziya xalları əldə etmək imkanlarının olduğunu da vurğulayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul olunmuş gənc ölkələrdən olmasına baxmayaraq, Azərbaycanda velosiped idmanının sürətlə inkişaf etdiyindən razılığını bildirən B.Kukson “Tour d`Azerbaidjan” beynəlxalq yarışının artıq UCİ-nin təqvimində öz yerini möhkəmlətdiyini, Azərbaycan velosipedçilərinin bir çox beynəlxalq yarışlarda uğurla çıxış etdiyini də diqqətə çatdırıb. O dünən “Synergy Baku” komandasının üzvü Maksim Averinin Slovakiya turunun ikinci mərhələsində birinci yerə çıxmasının Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsinin yüksək olduğuna dəlalət etdiyini, Bakıya qayıtdıqdan sonra velosipedçilərimizin Avropa Oyunlarında da yüksək yerlər tutacağına ümid etdiyini bildirib.

2013-cü ilə qədər 17 il İngiltərə Velosiped Federasiyasına rəhbərlik etdiyini və Milli Federasiyaların üzləşdikləri problemlərə yaxından bələd olduğunu qeyd edən B.Kukson Azərbaycan Velosiped İdmanı Federasiyasının son bir neçə il ərzində çox böyük işlər gördüyünü vurğulayaraq, ona həmişə dəstək verməyə, azərbaycanlı velosipedçilərin, mexaniklərin və məşqçilərin UCİ-nin İsveçrədəki təlim bazasında öz peşə hazırlıqlarını yüksəltməyə şərait yaratmağa hazır olduğunu da nəzərə çatdırıb.

Görüşdə 2018-ci ildə BMX üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.