12 iyun 2015 11:00

Maksim Averindən üçqat zərbə

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Slovakia" yarışının 2-ci mərhələsi Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" klununun üzvü Maksim Averinin benefisi ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq idmançımız bu mərhələdə həm qalib olub, həm ümumi sıralanmada liderliyi ələ keçirib, həm də ən yaxşı sprinter kimi mükafatlandırılıb.

158.6 km-lik bu mərhələni 3 saat, 45 dəqiqə, 52 saniyəyə başa vuran Maksim Averin finiş xəttini birinci keçib. Bu nəticə velosipedçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 8 lisenziya xalı qazandırıb və bununla da Averin xal ehtiyatını 139-a çatdırıb. Bundan başqa, yolboyu ara sprintlərində də hamıdan yüksək nəticə göstərən Maksim ən yaxşı sprinter köynəyini ələ keçirib. Və ən nəhayət, 1-ci mərhələdə də 2-ci olan təmsilçimiz 2 günün nəticəsinə əsasən ümumi təsnifatda lider köynəyinə yiyələnib.

"Bu günkü mərhələdə əsas məqsədim dağ yollarında mümkün qədər az güc sərf etmək idi" - deyən Maksim Averin, əsas mübarizənin finişə 25 km qalmış başladığını deyib: "Komanda tam gücü ilə mübarizə apardı ki, liderlərə çatsın və biz bunu bacardıq. Məni finiş zonasına Matey Müqerli və Yannis Tamuridis çatdırdı. Mövqeyim də əla idi və bu da nəticə! Komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm".

Ardıcıl 2 mərhələdəki uğurlu çıxış sayəsində "Synergy Baku" komanda hesabında 23 kollektiv arasında birinci pilləni özündə saxlayır. Dağ mərhələləri ilə yadda qalacaq 3-cü mərhələdə iştirakçılar 196 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Slovakiya turu Bakı-2015 ilk Avropa Oyunları öncəsi velosipedçilərimiz üçün son sınaq xarakteri daşıyır. Maksim Averindən savayı, bu yarışda Avropa Oyunlarında iştirak edəcək digər velosipedçilərimiz Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparır. 5 mərhələdən ibarət yarışa iyunun 14-də yekun vurulacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.