11 iyun 2015 11:40

Avropa Oyunları öncəsi son sınaq

Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq 3 velosipedçimiz Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov məsul yarış öncəsi son turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, idmançılarımız "Synergy Baku"nun heyətində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Slovakia" yarışında çıxış edirlər.

Yarışın 181 km-lik ilk mərhələsi komandamız üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, Maksim Averin finişi mərhələ qalibi ilə eyni vaxtda - 3 saat, 57 dəqiqə, 52 saniyəyə keçib və fotofinişə əsasən 2-ci yeri tutub. Bu nəticə həm də Maksimə Rio-2016 Yay Olimpiya Oyunlarına 5 lisenziya xalı qazandırıb. Bununla da velosipedçimiz reytinq xallarının sayını 131-ə çatdırıb.

Qeyd edək ki, Slovakiya turunda "Synergy Baku"nun heyətində çıxış edən digər üç velosipedçidən ikisi Matey Müqerli və Yannis Tamuridis də müvafiq olaraq Sloveniya və Yunanıstan milli komandalarının heyətində Avropa Oyunlarında yarışacaqlar. Onların 1-ci mərhələdəki nəticələrinə gəlincə, Müqerli 4-cü, Tamuridis isə 11-ci olub.

İlk mərhələdə uğurlu çıxış "Synergy Baku"nun komanda hesabında 23 kollektiv arasında birinci yerə yüksəlməsi ilə nəticələnib. Bu gün keçiriləcək 2-ci mərhələdə velosipedçilər 158.6 km məsafə qət edəcəklər. 5 mərhələdən ibarət yarışa iyunun 14-də yekun vurulacaq.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.