9 iyun 2015 19:00

Demyanenko və Bezuqlı azarkeşləri Avropa Oyunlarına səslədi

“Bakı-2015” Birinci Avropa Oyunlarında çıxış edəcək Azərbaycan kanoeçiləri Valentin Demyanenko və Sergey Bezuqlı azarkeşlərlərə müraciət edib. Azerisport.az xəbər verir ki, titullu avarçəkənlər kayak və kanoe yarışlarının keçiriləcəyi Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində jurnalistlər qarşısına çıxıblar.

4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko azarkeş dəstəyinə ehtiyac duyduqlarını bildirib: "İnanıram ki, avarçəkmə yarışlarında Azərbaycanı təmsil edən idmançılardan da çempion olacaq. Bunun üçün yüksək göstəricilər və yaxşı hazırlığımız var. Məşqlərimiz yüksək səviyyədə davam edir. Yalnız azarkeşlərin dəstəyi qalır. Bizə dəstək olun ki, biz də sizin dəstəyinizdən güc alaraq yaxşı yarışaq və yüksək nəticələr əldə edə bilək”.

Avropa çempionu, Dünya Kubokunun qalibi və dünya çempionatlarının mükafatçısı Sergey Bezuqlıy da azarkeşləri onlara dəstək olmağa çağırıb. O, bütün Azərbaycan vətəndaşlarını Oyunlar zamanı fəal olmağa səsləyib: “Bizə dəstək olmak üçün hər birinizi yarış məkanına dəvət edirəm. Çünki dəstəyiniz bizim üçün çox vacibdir. İdmançı biləndə ki, azarkeşlər məhz onun üçün yarışlara baxmağa gəlib, o zaman biz də özümüzü məsuliyyətli, güclü və inamlı hiss edirik. Öz adımdan söz verirəm ki, Azərbaycanın üçrəngli bayrağını yüksəltmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları 14 - 16 iyunda keçiriləcək. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, Sergey Bezuqlıy isə Aleksey Kupinlə birgə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüş edəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.