9 iyun 2015 18:45

"Bu cür qonaqpərvərliyi heç yerdə görməmişik"

"Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər iyunun 6-dan Azərbaycan ərazisindədirlər. Azerisport.az xatırladır ki, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən çox məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun 5 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.

Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Portuqaliya Milli Olimpiya Komitəsi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin birgə təşəbbüsü əsasında baş tutan bu yürüş zamanı velosipedçilər səfər etdikləri ölkələrdə Bakı-2015-in təbliği ilə məşğul olaraq, yerli əhaliyə Avropa Oyunları barədə məlumat veriblər.

İyunun 6-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük–keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olan qonaqları Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri, mətbuat nümayəndələri, milli geyimli gənclər və həvəskar velosipedçilər qarşılayıb. Azərbaycanda gördüklərindən heyran olduğunu gizlətməyən portuqaliyalı Jorge Kristovao qarşılanma mərasimindən çox təsirləndiyini deyib: "Mənu bu cür qəbul etməyiniz həqiqətən də çox xoş oldu. Azərbaycanın Avropa Oyunlarını qəbul edəcəyini bildikdən sonra belə bir qərar qəbul etdim ki, Portuqaliyadan Azərbaycana velosipedlə səyahətə çıxım və özünü Avropa Oyunlarının açılışına çatdırım. Eşitdiklərim və ən əsası gördüklərim məni bir daha əmin etdi ki, ölkəniz bu yarışı ən yüksək səviyyədə təşkil edəcək. Belə böyük idman bayramının iştirakçısı olmaqdan böyük qürur hissi keçirirəm. Özümlə Portuqaliya bayrağını da gətirmişəm və onu Bakıyta çatdıqdan sonra Avropa Oyunlarında iştirak edəcək ölkəmin nümayəndə heyətinə təqdim edəcəm.

Xorvatiyanın “Pedalinac” velosiped klubunun rəhbəri Mladen Qaçeşa isə ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu deyib: "Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma bu cür qonaqpərvərliyi heç yerdə görməmişəm. İnsanların bizə göstərdiyi münasibəti görəndə, göz yaşlarımı saxlaya bilmədim. Hamı bizə yaxınlaşır, səyahətimiz haqda maraqlanır. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşaiyət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk".

Proqrama əsasən Azərbaycan ərazisində Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ - İsmayıllı - Şamaxı - Qobustan - Bakı marşrutu üzrə hərəkət edən səfər iştirakçılarına Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri tərəfindən ölkəmizin tarixi, görməli yerləri barədə məlumat verilir, onların yerli əhali ilə görüşləri təşkil edilir. Velosipedçilər Bakıya sabah çatacaqlar.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.