16 may 2015 13:30

Avropa Oyunları üçün heyət müəyyənləşdi

Xızıda velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda “Synergy Baku”da çıxış edən velosipedçilərimiz də daxil olmaqla, yığma komandalarımızın bütün üzvləri mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirmək idi.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.

İlk yarış günündə Elit kateqoriyada iştirak edən velosipedçilər 40 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçirilib və mükafatçılar müəyyənləşib. 128 km məsafə qət edən velosipedçilər dəniz səviyyəsindən 1200 metr hündürlükdə finiş xəttini keçiblər. Yarışın dağlıq hissəsində rəqiblərindən xeyli aralanan Maksim Averin və ötənilki ölkə çempionu Elçin Əsədovun mübarizəsində Maksim birinci olub və bununla da velosipedçi Azərbaycan çempionu adını qazanıb. Elçin Əsədov 2-ci yeri tutub, ilk üçlüyü isə Samir Cəbrayılov tamamlayıb.

Bununla da Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov ölkəmizi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə təmsil etmək hüququ qazanıblar. Yeri gəlmişkən, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedşilər İttifaqının reytinq siyahısında da nəzərə alınır. Belə ki, ilk 3 yerin sahibi müvafiq olaraq aktivinə 40, 30 və 16 xal əlavə edəcək. Bu isə Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak üçün olduqca önəmlidir. Hazırda velosipedçilərimizdən ən yüksək reytinq Maksim Averinə məxsusdur. Bunadək iştirak etdiyi yarışlarda 78 xal toplayan idmançı, Azərbaycan çempionu olmaqla xallarının sayını 118-ə çatdırıb.

Ölkə çempionatının yekunlarına əsasən, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək qadın şosse velosipedçilərimiz də məlum olub – bunlar Yelena Pavluxina və Ülfət Nəzərovadır.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.