10 may 2015 16:30

Tour d’Azerbaïdjan-2015-in qalibi Synergy Baku oldu

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşü Azərbaycanın "Synergy Baku Cycling Project" komandası üçün möhtəşəm nailiyyətlə başa çatdı. Azerisport.az xəbər verir ki, təmsilçimiz sonuncu mərhələdəki uğurlu çıxışı ilə 25 kollektiv arasında komanda hesabında 1-ci yerə çıxdı.

Yarışın sonuncu, 5-ci mərhələsi Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və məsul yarış öncəsi son sınaq xarakteri daşıyıb. Start və finiş xətti "Azadlıq Meydanı"nda olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər.

4 mərhələdən sonra komanda hesabında Sloveniyanın "Adria Mobil" klubuna 42 saniyə uduzan "Synergy Baku" paytaxt küçələrində əla taktiki gedişlər nümayiş etdirərək nəinki bu geriliyi aradan qaldırıb, hətta rəqibini 29 saniyə qabaqlamağı da bacarıb və bununla da 1-ci yerə layiq görülüb.

Uğurlarımız bununla da bitməyib - 3-cü mərhələdən etibarən dağ mərhələlərində daha yaxşı nəticə göstərərək qırmızı rəngli "AZAL" köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü sonuncu mərhələdə də qoruyub və bununla da "Synergy Baku" "Tour d’Azerbaïdjan-2015"i qırmızı köynəklə başa vurub.

5-ci mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən Rusiyanın "Rusvelo" komandasının üzvü Sergey Firsanov 3 saat, 32 dəqiqə, 10 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin və "Synergy Baku"nun üzvü Matey Müqerli qalibə çüzi fərqlə uduzmaqla 2-3-cü yerləri tutublar.

5 mərhələdən sonra "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. İlk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü yer alıb - Matey Müqerli 3-cü, Maksim Averin isə 7-ci yeri tutub.

Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının digər üzvü Marko Kump yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyinə sahib çıxıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan "AzVİF" köynəyinə isə Maksim Averin layiq görülüb.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.