9 may 2015 15:45

Synergy Baku Dağ Kralı köynəyini özündə saxlayır

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə 4-cü mərhələyə yekun vurulub. Azerisport.az xəbər verir ki, iştirakçılar bu dəfə Qəbələ - Ağdaş - Yevlax - Mingəçevir marşrutu üzrə yarışın ən uzun mərhələsində hərəkət edərək 205 km məsafə qət ediblər və Bakı-2015 ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının keçiriləcəyi "Kür" bazasının qarşısında finiş xəttini keçiblər.

Ötən gün dağ mərhələlərində daha uğurlu nəticə göstərərək qırmızı rəngli AZAL köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü qoruyub və yenidən fəxri kürsüyə qalxıb. Sabah keçiriləcək sonuncu mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz, liderliyi qorumaq üçün çalışacağını deyib: "Dünənki ağır mərhələdən sonra taktikamız belə idi ki, bu gün özümü çox yormamaqla liderliyi saxlayım. Çünki, sabah bizi ağır gün gözləyir. Nəyin bahasına olursa-olsun, bu köynəyi komandama qazandırmaq üçün əlimdən gələni edəcəyəm".

4-cü mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən İsrailin "Cycling Academy Team" komandasının üzvü Daniel Turek 4 saat, 13 dəqiqə, 56 saniyə nəticə ilə mərhələ qalibi olub. "Synergy Baku" üzvlərindən ən yaxşı nəticə Maksim Averinə məxsusdur - o, finiş xəttini 15-ci keçib.

Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kump önə keçməklə yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib. 4 mərhələdən sonra "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.

Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. 4 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan "Adria Mobil"a cəmi 42 saniyə uduzur.

Sabah keçiriləcək sonuncu - 5-ci mərhələ Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutacaq və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyacaq. Start və finiş xətti "Azadlıq Meydanı"nda olacaq bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət edəcəklər. Saat 10:45-də startı veriləcək sonuncu mərhələnin 14:00-da başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları saat 12:45-dan etibarən 5-ci mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.