21 aprel 2015 15:15

Tour d’Azerbaidjan-2015-in Təşkilat Komitəsinin iclası keçirilib

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutu üzərindəki rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının nümayəndələri və veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyinə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 6-da start götürəcək "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.

Təşkilat Komitəsinin sədri qeyd edib ki, bu mərhələlərdən üçü dəyişilməz qalıb. Turun 4-cü və 5-ci mərhələlərinin marşrutları isə dəyişdirilib ki, bu da iyunda təşkil olunacaq Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Belə ki, Oyunlara 1 ay qalmış dünya idman ictimaiyyətinin diqqətini avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərinə də cəlb etmək və Avropa Oyunları zamanı Bakıda nəqliyyatın rahat hərəkətinin təmin edilməsi məqsədilə veloturun 5-ci, Bakı mərhələsinin də marşrutu Oyunların Təşkilat Komitəsinin xahişinə uyğun olaraq müəyyən edilib.

Sahib Ələkbərovun sözlərinə görə, “Tour d’Azerbaidjan” yarışında 24 ölkədən 25 kollektivin iştirakı təqdiqlənib ki, onlardan da 4-ü pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Federasiya rəsmisi “Eurosport” kanalı tərəfindən 3, “İdman Azərbaycan” kanalı vasitəsilə 5 mərhələsi canlı yayımlanacaq velotur vasitəsilə Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunun bütün dünyaya nümayiş etdiriləcəyini də vurğulayıb.

İclasda “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. İclasda Prezident Administrasiyasının Humanitar-Siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov da iştirak edib.

Onu da qeyd edək ki, “Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplaya biləcəklər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.