10 aprel 2015 17:30

Respublika Velotrekində Bakı çempionatı

Yenidənqurma və əsaslı təmir işləri başa çatmaqda olan Respublika Velotrekində uzunmüddətli fasilədən sonra ilk yarış - Bakı şəhər çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, idman qurğusunun hazırkı vəziyyətini yoxlamaq üçün nəzərdə tutulan sınaq xarakterli yarışda müxtəlif yaş qrupları üzrə 40-dan artıq velosipedçi iştirak edib.

2 gün davam edən yarış Velotrekin böyük turnirlər üçün hazır olduğunu göstərib. Aprel ayının sonlarında tam istifadəyə verilməsi planlaşdırılan kompleksdə həm idmançılar, həm də məşqçilər üçün lazımi şərait yaradılıb. Burada ekstremal idman növləri həvəskarları, o cümlədən BMX yarışlarında iştirak edəcək idmançıların hazırlanması üçün “Skate Park”, habelə müasir mini futbol meydançası da var. Federasiyanın yeni inşa olunmuş inzibati binası da Velotrek ərazisində yerləşir.

Xatırladırıq ki, Respublika Velotreki bir vaxtlar yalnız Azərbaycanda deyil, hətta keçmiş SSRİ məkanında da 1980-ci il Moskva Olimpiadası ərəfəsində o vaxtlar Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunmuş ən yaxşı idman qurğularından biri olub. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində Velotrek baxımsızlıq üzündən bərbad vəziyyətə düşüb və ərazisinin böyük bir hissəsi idmanla heç bir əlaqəsi olmayan müxtəlif qurumlar tərəfindən zəbt edilib. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq, ərazidə geniş tikinti və yenidənqurma işləri aparılıb və yaxn vaxtlarda bu müasir idman qurğusu velosipedçilərin istifadəsinə veriləcək.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.