3 aprel 2015 14:00

Vueltanın qalibi Tour d’Azerbaïdjanda

Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünin iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq. Azerisport.az xəbər verir ki, onlardan biri Amerika Birləşmiş Ştatlarının "Airgas-Safeway Cycling" komandasının üzvü Kris Hornerdir.

Qeyd edək ki, Kris Horner 2013-cü ildə "Radio Shack" komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan "Vuelta"nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazdırıb. Diqqət çəkən daha bir məqam velosipedçinin bu titulu əldə etmiş ən yaşlı idmançı olmasıdır. Belə ki, Kris Horner 2013-cü ildə "Vuelta" yürüşünün qalibi olarkən 42 yaşının tamam olmasına 1 ay, 8 gün qalmışdı.

Azərbaycana ölkəsinin "Airgas-Safeway Cycling" komandasının heyətində gələcək velosipedçi "Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirib: "20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, "Tour d’Azerbaïdjan-2015"də iştirakımı səbirsizliklə gözləyirəm".

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Kris Hornerin "Tour d’Azerbaïdjan-2015" də iştirakını önəmli hadisə kimi dəyərləndirib və bunu yarışın artan nüfuzu kimi dəyərləndirib: "Belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur və düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan Turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır" - deyə, Fərhad Əliyev bildirib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.