15 mart 2015 00:10

Synergy Bakunun mövsümdə ilk qələbəsi

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun 5 üzvü Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Istrian Spring Trophy” yürüşündə çıxış edir. Azerisport.az xəbər verir ki, Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyət komandamıza cari mövsümdə ilk qələbə sevinci yaşadıb.

Yarışın martın 13-də keçirilən ilk mərhələsində 2-ci yeri tutan Markus Eybeger bu günkü dağ mərhələsində hamı üçün əlçatmaz olub. O, əla komanda işinin nəticəsi olaraq ən yaxın izləyicisini 6 saniyə qabaqlamaqla 157 km məsafəni birinci başa vurub – 3 saat, 43 dəqiqə, 24 saniyə. Bu, “Synergy Baku”nun 2015-ci ildə ilk mərhələ qalibiyyəti kimi əlamətdar olub.

Ardıcıl 2 mərhələdə fəxri kürsüyə yüksəlməsi Markus Eybegerə ümumi təsnifatda liderliyi ələ keçirməyə imkan verib. Komandamızın üzvü hazırda ən yaxın izləyicisi, Rusiyanın “İtera-Katyuşa” kollektivinin velosipedçisi Sergey Nikolayevi 8 saniyə qabaqlayır. Martın 15-də keçiriləcək 156 km-dən ibarət sonuncu mərhələdə uğurlu çıxış Eybegerə yarışın lider köynəyini qazanmağa imkan verəcək.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.