13 mart 2015 18:15

Avropa Oyunları üçün daha bir tərəfdaş

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək ilk Avropa Oyunlarına Rəsmi Pərakəndə Bank qismində xidmətləri təmin etməsi üçün Kapital Bank ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müqaviləyə əsasən Kapital Bank Bakı 2015 Avropa Oyunlarının səkkizinci və sonuncu Rəsmi Tərəfdaşı təyin edilmişdir.

Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru Azad Rəhimov bu barədə bildirib: “Kapital Bank milyonlarla azərbaycanlının gündəlik həyatının bir hissəsini təşkil edir və ümummilli səviyyədə güclü mövqeyə malikdir. Bu yay ölkə üçün böyük bir hadisə sayılan ilk Avropa Oyunlarında Kapital Bankın öz rolunu oynayacağı anı səbirsizliklə gözləyirəm.”   

Kapital Bank Bakı 2015-in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici  valyutadəyişmə aparatları yerləşdirməklə Bakı 2015-in tamaşaçıları, mətbuat nümayəndələri və idmançılar üçün dəyərli xidmət təmin edəcəkdir.

Kapital Bankın İdarə heyətinin sədri Rövşən Allahverdiyev bildirib: “Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşı kimi Azərbaycan tarixinin bir hissəsinə çevrilmək Kapital Bank üçün böyük fəxrdir. Bizim niyyətimiz milyonlarla müştərimizi Bakı 2015-in Azərbaycana gətirəcəyi həyəcana qatmaqla ilk Oyunların uğuruna fəal şəkildə dəstək göstərməkdir.”

Kapital Bank ölkə üzrə milyonlarla azərbaycanlı idman pərəstişkarından ibarət olan geniş müştəri kütləsinə Oyunlar haqqında yenilikləri təqdim etməklə Bakı 2015-in təşviq edilməsində aparıcı tərəfdaş olacaqdır.

Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirib: “Kapital Bank Azərbaycan miqyasında nüfuzlu şirkətidir. Məqsədimiz ilk Avropa Oyunlarına mümkün olduğu qədər çox insanı cəlb etməkdir. Komandamızın Rəsmi Tərəfdaşlar siyahısını Kapital Bankla tamamlamağımız Bakı 2015 ilə bağlı məlumatların Azərbaycanın hər bir regionuna çatdırılmasına kömək edəcək.”  

Kapital Bank Bakı 2015 Avropa Oyunlarının Azərbaycan Hava Yolları, BP, Coca-Cola, Nar Mobile, P&G, ARDNŞ və Tissot şirkətlərindən ibarət Rəsmi Tərəfdaş siyahısına qoşulmaqla səkkizinci Rəsmi Tərəfdaş statusunu əldə edib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.