12 mart 2015 18:15

Xəzər rayonunda Məktəbli Kuboku

Azərbaycan Velosiped İdmanı Federasiyası və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün "Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir" devizi altında "Məktəbli Kuboku" yarışı keçirilib. Azerisport.az xəbər verir ki, Mərdəkanda təşkil olunan turnirdə rayonun 16 məktəbinin komandası mübarizə aparıb.

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışıblar. Yarımfinal mərhələsinin yekununa əsasən finalçılar müəyyənləşib. Həlledici yürüşdə isə hər məktəbdən 1 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. Nəticələrə gəlincə, 7 saylı məktəbin velosipedçiləri ən yaxşı nəticə göstərməklə "Məktəbli Kuboku"nun qalibi olublar. 11 saylı məktəbin komandası 2-ci, 1 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutub. İlk 3 yeri tutan komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Qaliblərə mükafatı AVİF-in baş katibi Fərhad Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev təqdim edib.

Xatırladaq ki, federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün öncə isə Səbail rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.