8 dekabr 2014 12:00

AVİF-in vitse-prezidenti UCİ prezidenti ilə görüşüb

Londonda velosiped idmanının trek növü üzrə keçirilən dünya kubokunun 2-ci mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, yarışı izləmək üçün İngiltərə paytaxtında olan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bir sıra işgüzar görüşlər də keçirib.

Beynəlxalq Velosipedçilər İttifaqının trek üzrə koordinatoru Gill Peruzzi ilə görüşdə yaxın gələcəkdə Azərbaycanda inşa olunacaq Velodromla bağlı məsələlər müzakirə olunub. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Brayn Kuksonla görüşdə isə federasiya rəsmisi cənab Kuksona Azərbaycanda son illər velosiped idmanının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq nəticəsində həm idmanın bu növünün infrastrukturu yaxşılaşır, həm də Azərbaycan velosipedçilərinin peşəkarlıq səviyyəsi gündən-günə artır.

Sahib Ələkbərov artıq Azərbaycanda dağ velosiped idmanı parkının tikintisinin başa çatdığını, BMX stadionunun inşasının isə yekunlaşmaq üzrə olduğunu bildirərək, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi ilə gələn il Bakıda dünya standartlarına tam cavab verən qapalı Velodromun tikintisinə başlanılacağının da nəzərdə tutulduğunu deyib. Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil edilmiş velosiped yarışlarına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyən federasiya rəsmisi Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini bu yarışları izləmək üçün Azərbaycana dəvət edib. Dəvət üçün minnətdarlığını bildirən UCİ prezidenti tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını izləməkdən məmnun olacağını söyləyərək Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək dəyərləndirib. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının da son illər aktivliyi ilə seçildiyini vurğulayaraq, velosiped idmanının inkişafı üçün ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.