8 dekabr 2014 11:40

Dünya Kuboku başa çatdı

Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub.

Son yarış günü təmsilçilərimizdən yalnız biri - Olqa İsmayılova çıxış edib. Keyrin növündə mübarizə aparan idmançımız ilk mərhələdə 5 velosipedçi arasında 3-cü olub və yarımfinala çıxmaq üçün təsəlliverici yürüşdə iştirak edib. Burada isə Olqa İsmayılova Polşa və İspaniya nümayəndələrini qabaqlamaqla yarımfinala vəsiqə qazanıb.

Amma finala çıxmaq üçün 6 nəfər arasında ilk üçlüyə düşmək mümkün olmayıb. Bununla da təmsilçimiz yarımfinalda uduzan 6 idmançı ilə 7-ci yer uğrunda yarışıb və yekunda Dünya Kubokunu 25 nəfər arasında 11-ci pillədə bitirib.

Dünya Kubokunun ilk 2 mərhələsindən sonra ümumi nəticələrə gəlincə, yığma komanda üzvlərimiz dünya reytinqində mövqelərini bir qədər də yaxşılaşdırıblar. Belə ki, kişilər arasında keyrin yarışında çıxış edən Sergey Omelçenko mötəbər yarışın Meksika və İngiltərədə keçirilən mərhələlərində iştirak etmiş 43 idmançı arasında 8-ci yerdədir. Olqa İsmayılovaya gəlincə, o 200 metr məsafəyə sprint növündə 45 velosipedçi arasında 10-cu, keyrində isə 21-cidir. Bu isə adları çəkilən hər iki velosipedçimizə gələn ilin fevralında Fransada keçiriləcək dünya çempionatında iştirak hüququ verir. Yeri gəlmişkən, yığmamızın digər üzvü, Dünya Kubokunda skretç və xalla qrup ötüşməsində yarışan Yelena Pavluxina da mundialda iştirak hüququ əldə edib.

Dünya çempionatından öncə isə velosipedçilərimiz yanvarın 16-18-də Kolumbiyada Dünya Kubokunun sonuncu – 3-cü mərhələsində iştirak edəcəklər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.