7 dekabr 2014 11:12

Dünya Kubokunda 2-ci gün

Londonda velosiped idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.

2-ci yarış günü təmsilçilərimizdən mübarizəyə ilk olaraq 200 metr məsafəyə sprint yarışında çıxış edən Olqa İsmayılova qoşulub. O, təsnifat mərhələsində 11.260 saniyə göstəriciyə imza atmaqla 40 iştirakçı arasında 13-cü olub və bununla da 1/16 finala vəsiqə qazanıb.

1/8 finala vəsiqə uğrunda Olqa İsmayılova yerli idmançı, təsnifat mərhələsini 11.245 saniyə göstərici ilə 12-ci yerdə başa vuran Viktoriya Uilyamsonla mübarizə aparıb. Yerli publikanın ingilis idmançıya böyük dəstəyinə baxmayaraq, velosipedçimiz rəqibini qabaqlamaqla finiş xəttini birinci keçib və 1/8 finala çıxıb.

Bu mərhələdə Olqa İsmayılova təsnifatda 10.883 saniyə nəticə ilə birinci olan hollandiyalı Eliz Liqtli ilə 1/4 finala vəsiqə uğrunda yarışıb və təəssüf ki, rəqibinə uduzub. İdmançımız 1/4 finala çıxmaq üçün təsəlliverici yürüşdə almaniyalı Miriam Velte və avstraliyalı Stefani Mortonla yürüşdə də istənilən nəticəni qazana bilməyib və sprintdə çıxışını 12-ci yerdə bitirib.

Kişilər arasında keyrin yarışında çıxış edən Sergey Omelçenko ilk mərhələ çərçivəsində öz yarımqrupunda 6 idmançı arasında 2-ci nəticə göstərib və yarımfinala çıxmaq üçün təsəlliverici yürüşdə iştirak edib. Amma bu dəfə də idmançımız finişi 2-ci keçib və Dünya Kubokunu 13-cü pillədə başa vurub.

2-ci yarış günü idmançılarımızdan son olaraq Yelena Pavluxina çıxış edib - o, 20 km məsafəyə xalla qrup ötüşməsində mübarizə aparıb. Velosipedçimiz 80 dövrəlik yürüşdə 3 xal toplamaqla yekunda 24 idmançı arasında 14-cü yeri tutub. Dünya Kubokuna bu gün yekun vurulacaq. Son yarış günü yalnız bir idmançımız çıxış edəcək – bu, keyrin növündə mübarizə aparacaq Olqa İsmayılovadır.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.