25 noyabr 2014 15:10

Bakı-2015-dəki velosiped elçiləri

Bu günlərdə Bakı-2015 ilk Avropa Oyunları möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adını elan edib. Azerisport.az xəbər verir ki, onlar öz idman növlərini və ölkəmizi təmsil etmək üçün seçiliblər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin Bakı-2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.

Seçilmiş 11 idmançı arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının 2 nümayəndəsi də var - bunlar şose velosipedçisi Elgün Əlizadə və dağ velosipedçisi Murad Sultanovdur.

8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan Elgün Əlizadə Azərbaycanın gənclər yığmasının üzvüdür. 18 yaşlı velosipedçimizin ən böyük uğuru bu ilin yayında keçirilən Avropa çempionatına təsadüf edir - qrup yarışlarında 12-ci yeri tutan gənc istedadımız hələ ki, Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticəyə imza atıb. Bundan başqa, Elgün bu il keçirilən çüt və qrup ötüşməsi üzrə, həmçinin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının da qalibidir.

Velosiped idmanının sirlərinə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində yiyələnən Murad Sultanov dağ velosipedi üzrə yığma komandamızın üzvüdür. 20 yaşlı idmançı ölkəmizdə yenicə populyarlıq qazanmağa başlayan dağ velosipedi idman növü üzrə iyunda keçirilən ilk Azərbaycan çempionatının bürünc mükafatçısıdır. Bundan başqa, Murad oktyabrda təşkil olunmuş dağ velosipedi üzrə Bakı-2015 ilk Avropa Oyunlarının sınaq yarışının da iştirakçısı olub.

Həm Elgün Əlizadə, həm də Murad Sultanov Bakı-2015 ilk Avropa Oyunlarının idman elçisi olmaqdan sonsuz qürur hissi keçirdiklərini deyir və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını söyləyirlər.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.