24 noyabr 2014 10:55

Eurosport: Tour d’Azerbaïdjan-2014 rəqəmlərin dili ilə

Avropanın nüfuzlu idman kanalı "Eurosport" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2014" beş günlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb. Azerisport.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi "Eurosport" kanalı vasitəsilə 30 dəqiqəlik icmal şəklində, sonuncu, Bakı mərhələsi isə canlı olaraq yayımlanıb və 28.6 milyondan çox tamaşaçı yarışa təkcə bu kanal vasitəsilə tamaşa edib. 830 000-dən çox tamaşaçı isə canlı olaraq yayımlanan sonuncu mərhələni izləyib. Ümumilikdə isə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında "Tour d’Azerbaïdjan-2014"lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.

Müqayisə üçün deyək ki, 2013-cü ildə "Eurosport" kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən "Tour de France" yarışına 51 milyon, "Giro d’İtalia"ya 32 milyon, "Vuelta"ya isə 30 milyon tamaşaçı baxıb.

Maraqlıdır ki, "Tour d’Azerbaïdjan" toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir ki, keçirilən "Griterium du Dauphine" (14 milyon), "Paris-Nice" (12 milyon), "Paris- Roubaix" (7 milyon), "Milan-San Remo" (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.

Ümumilikdə "Eurosport" kanalına baxan 106.5 milyon tamaşaçı "Tour d’Azerbaïdjan-2014" veloyürüşü ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarışla bağlı məlumatlar alıb. Onu da qeyd edək ki, 14 aprel - 11 may tarixlərində "Eurosport" və "Eurosport-2" kanallarında yarışla bağlı 30 saniyəlik videorolik 500 dəfə nümayiş etdirilib.

Asiya və Okeaniya ölkələrində də "Tour d’Azerbaïdjan-2014" kifayət qədər maraqla qarşılanıb. 16 ölkənin yer aldığı bu siyahıda ilk yerdə Avstraliya durur. Honqkonq, İndoneziya, Cənubi Koreya, Malayziya, Tayland, Filippin və Monqolustanın da daxil olduğu bu ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.

"Eurosport" kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlük belədir:

1. Böyük Britaniya - 3 688 403
2. Rusiya - 2 818 894
3. Almaniya – 2 231 828
4. İtaliya - 2 194 301

"Tour d’Azerbaïdjan-2014"lə bağlı videomateriallar dünyada çox məşhur olan  www.cycling.tv saytına da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.

"Tour d’Azerbaïdjan-2014" başa çatdıqdan sonra "Eurosport" kanalında yarışla bağlı 2 süjet də efirə verilib. 5 dəqiqəlik bu süjetlər 903 000 tamaşaçı toplayaraq baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.

Beləliklə, "Eurosport" kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2014" veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.

Təbiidir ki, bütün bunlar ilk növbədə artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmiş, iqtisadiyyatı sürətlə inkişaf edən, siyasi sabitlik və tolerantlıq nümunəsi kimi qəbul olunan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurların, tarixdə ilk Avropa oyunlarını keçirmək kimi möhtəşəm və məsuliyyətli işi öz üzərinə götürmüş ölkəmizə olan marağın göstəricisidir.

Похожие новости

Velosiped İdmanı 15 dekabr

Synergy Baku dünya reytinqində 4-cü oldu

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünyanın velosiped komandalarının 2016-cı ilin yekun reytinq siyahısını açıqlayıb.
Velosiped İdmanı 01 dekabr

Hemofiliya pasientləri Respublika Velotrekində

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub
Velosiped İdmanı 20 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu

Respublika Velotrekində Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın təqdimat mərasimi keçirilib.
Velosiped İdmanı 18 noyabr

Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat

Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək.
Velosiped İdmanı 31 oktyabr

Gənclər üçün seminar keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə Respublika Velotrekində gənclər üçün seminar təşkil olunub.
Velosiped İdmanı 28 oktyabr

Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il may ayının 3-7-si tarixlərində keçiriləcək.
Velosiped İdmanı 24 oktyabr

Avropa çempionatında 9-cu yer

Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub.
Velosiped İdmanı 23 oktyabr

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib
Velosiped İdmanı 06 oktyabr

Nəsimi rayon məktəbliləri Velotrekdə

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.